DBX: “Heyvanlar arasında yayılan xəstəliklərdən 105 baş heyvan tələf olub”
03 sentyabr 2013 13:46 (UTC +04:00)

DBX: “Heyvanlar arasında yayılan xəstəliklərdən 105 baş heyvan tələf olub”

0

“İyul ayının axırlarından Azərbaycanda xüsusən aran rayonlarında heyvanlar arasında başlayan qan parazitar xəstəlikləri və digər xəstəliklərdən 105 baş heyvan tələf olub”. Bunu Lent.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, indiyədək xəstəlik ümumilikdə 215 min baş heyvan arasında yayılıb: “İndiyədək 133 baş heyvanda balasalma müşahidə edilib. Hazırda xəstəliklə bağlı dezinfeksiya tədbirləri davam etdirilir. Son məlumata görə, cəmi 2900 heyvanda qeyd olunan xəstəlik qalmaqdadır. Həmin xəstəliyin müalicəsi sahibkarların şəxsi hesabına həyata keçirilir”.

 

DBX-nın sözçüsü onu da bildirib ki, heyvanlar bir başa qeyd olunan virusun təsirindən tələf olmayıb: “Bünyavirus ailəsinə məxsus virus xəstəliyi ilə bağlı xaricdən dərman vəsaitləri yaxın vaxtlarda ölkəmizə gətiriləcək”.

 

Y. Xanvəli quş qripi ilə bağlı keçiriləcək monitorinq məsələsinə də aydınlıq gətirib: “Bu xəstəlikdən canımızı qurtaraq, sonra da vaxtı çatanda quş qripi ilə bağlı monitorinqlər keçiriləcək. Yəni hər bir məsələ diqqətimizdədir”.

 

Y. Xanvəli deyib ki, bəzən işbazlar vətəndaşları aldadırlar: “Hər hansısa bir işbaz gəlib vətəndaşa deyir ki, inəyin ölür, onu ver mənə. Vətəndaşlar da gərək işbazların sözünə aldanmasınlar. Çünki bu xəstəlik 2-3 günə sağalandır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 718

Oxşar yazılar