Dərman vasitələrinə nəzarət markası yapışdırılacaq
12 aprel 2013 11:07 (UTC +04:00)

Dərman vasitələrinə nəzarət markası yapışdırılacaq

0

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Dərman vasitələri haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, təsdiq edilmiş qanuna əsasən dərman vasitələrinin üzərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası yapışdırılacaq.

 Dövlət başçısının imzaladığı sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində qanunların və Azərbaycan Respublikası prezidentinin aktlarının “Dərman vasitələri haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və prezidentə təqdim etsin.

Bundan əlavə, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat versin.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların həmin qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 826

Oxşar yazılar