Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunu imzalayıb.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, qanun dərman vasitələrinin üzərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası yapışdırılmasını nəzərdə tutur.