
Əmək müqaviləsində hansı öhdəliklər göstərilməlidir?
Hər bir işçinin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. İşçi ilə əmək müqaviləsi bağlanarkən də müqavilənin şərtləri qanunvericilikdə nəzərdə tutulan əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalıdır. Eyni zamanda, əmək müqaviləsində işəgötürən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi öhdəliyini göstərməlidir.
Lent.az xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 saylı regional bölməsinin Bakı şəhərində yerləşən “Bakı Gəmiqayırma Zavodu” MMC-də “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirmə tədbirində vurğulanıb.
Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri, əməyin mühafizəsi üzrə mütəxəssislər, işçilər iştirak edib. İş yerlərində əməyin mühafizəsini təmin edilməsi üçün işəgötürənlərin vəzifələri diqqətə çatdırılıb. Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri barədə ətraflı məlumat verilib. Əməyin mühafizəsi üzrə işçilərin də üzərinə düşən vəzifələr qeyd edilib.
Oxşar yazılar

Mayın birinci yarısında inanılmaz uğur qazanacaq BÜRCLƏR
5 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
5 may 2025 , 08:25
May bu BÜRCLƏRƏ yaşıl işıq yandırır: Kimlər siyahıdadır?
5 may 2025 , 00:02
DİQQƏT: Bu yolda sürət həddi endirildi
4 may 2025 , 23:08
May ayında böyük qazanc əldə edəcək beş BÜRC
4 may 2025 , 19:54
Siqaret çəkənlərin NƏZƏRİNƏ: Bu 6 məhsuldan istifadə vacibdir
4 may 2025 , 17:37
Pul cəlb etmək üçün: 4 güclü qaraçı ritualı
4 may 2025 , 17:05