Göyçayda duşes və tərxunun istehsalı qadağan edildi
09 iyul 2013 12:26 (UTC +04:00)

Göyçayda duşes və tərxunun istehsalı qadağan edildi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən Göyçay rayonu, Çəyirli kəndində yerləşən fiziki şəxs Seymur Quliyevə məxsus limonad sexində istehsal olunan məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunu araşdırmaq məqsədilə dövlət nəzarəti həyata keçirilib.

Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, sanitariya normalarına  məhəl qoymadan işləyən müəssisə texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat və reseptura olmadan fəaliyyət göstərir, istehsal olunan duşes və tərxun limonadları gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunur, məhsulların sınaqlarını aparmaq üçün laboratoriya və ya hər hansısa bir laboratoriya ilə müqavilə yoxdur, məhsulların sınağı aparılmır, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçirilməyib.

Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq qanunvericiliyin tələblərinə əsasən, fiziki şəxs Seymur Quliyevə məxsus limonad sexində istehsal olunan duşes və tərxun limonad içkisinin istehsalı və satışı qadağan edilib.

# 606
avatar

Oxşar yazılar