Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti aprelin 12-ə olan hava proqnozunu açıqlayıb. Qurumdan Lent. az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir
Rayonlarda isə hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, bəzi yerlərdə 27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Aprelin 12-dən 14-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, aprelin 13-də gündüz arabir güclənən xəzri küləyi diskomfort hissi yarada bilər.