Hüseyn Bağırov cənub bölgəsində yaşayan vətəndaşlarla görüşüb
09 aprel 2013 15:22 (UTC +04:00)

Hüseyn Bağırov cənub bölgəsində yaşayan vətəndaşlarla görüşüb

0

 

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov cənub bölgəsinin əhatə etdiyi Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının vətəndaşları ilə Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində görüşüb, onların şikayət və təkliflərini dinləyib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Hüseyn Bağırovla birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 50-dən artıq vətəndaşın müraciətlərinə baxılıb. Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi  və s. məsələlərlə ilə bağlı şikayət və təkliflər dinlənilmiş, vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün qeydə alınaraq nəzarətə götürülüb. Eyni zamanda bəzi şəxslər tərəfindən şəxsi mahiyyət daşıyan müraciətlər edilib, onlara da müvafiq kömək göstərilməsi mümkün olacağı təqdirdə nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

 

Qeyd edək ki, belə xarakterli görüşlərin ölkənin digər regionlarında da təşkilinin davamı nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 813

Oxşar yazılar