Səbail rayonunda ümumrayon iməcliyi keçirilib. Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, ümumilikdə 500 nəfərin iştirakı ilə baş tutan iməclik «Şıx» yaşayış sahəsini və Salyan yolu istiqamətini əhatə edib.
İməclik ərəfəsində hazırlıq işləri görülüb, lazımi miqdarda ləvazimat toplanılıb, ağacların suvarılması üçün yeni xətlər çəkilib və su maşınları cəlb olunub. İlin əvvəlindən bu ərazilərdə təmizləmə işləri aparılıb, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilib, «Dostluq parkı»ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılıb, yeni torpaq qatı, yaşıl ot qatı salınıb, 5 min ədəd yeni ağac, 40 min gül kolu əkilib. Keçirilən iməclik zamanı 5000 ədəd yeni ağac əkilib,əlavə olaraq əvvəl əkilmiş 10 min ağaca qulluq göstərilib.
İməclikdə Səbail RİH başçısı Asif Əsgərov və digər rəhbər şəxslər də iştirak edib.