İmtahanların keçirilmə vaxtı açıqlandı
16 aprel 2013 15:41 (UTC +04:00)

İmtahanların keçirilmə vaxtı açıqlandı

0

İlk peşə-ixtisas təhsili müəssisələrində dövlət buraxılış imtahanlarının keçirilmə vaxtı açıqlanıb. Bu barədə Lent. az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  Təhsil naziri Misir Mərdanov  ilk peşə-ixtisas təhsili müəssisələrində tam təlim kursunu nəzəri təlim fənlərindən və istehsalat təlimindən uğurla bitirən şagirdlərdən buraxılış-ixtisas imtahanlarının götürülməsini təmin etmək məqsədi ilə əmr imzalayıb.

 

Nazirin əmrinə əsasən, imtahanlar hərbi xidmətə çağırılan çağırışçılardan aprelin 25-nə qədər,  çağırışçı olmayanlardan istehsalat təcrübəsi başa çatdıqdan sonra götürüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1318

Oxşar yazılar