İqtisad Universitetində qanvermə aksiyası keçirilib
21 dekabr 2012 18:18 (UTC +04:00)

İqtisad Universitetində qanvermə aksiyası keçirilib

0

Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə ənənəvi olaraq Talassemiya, Hemofiliya və digər irsi qan xəstəlikləri əziyyət çəkən uşaqlara yardım məqsədi ilə universitetin tələbələri və müəllimlərin iştirakı ilə ənənəvi qanvermə aksiyası keçirilib. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, Universitetin tibb məntəqəsində Bahadır Bayramov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının mütəxəssislərinin və səyyar qan köçürmə laboratoriyasının iştirakı ilə aksiyaya başlanılıb. Həkim briqadaları üçün burada hər cür şərait yaradılıb və keçən aksiyaya nisbətən daha çox tələbə burada iştirak edib. İlk növbədə aksiyada iştirak etməyə gələr tələbə və müəllimlər həkim müayinəsindən keçib, təzyiqləri ölçülüb, qan qrupları müəyyən olunub. Qanvermə aksiyasında Universitetin Beynəlxalq İqtisadi Münasibətlər, Maliyyə, Xüsusi İstedadlar qrupunda təhsil alan tələbələr daha çox fəallıq göstərib. Aksiyanın keçirildiyi 2 gün ərzində 400 nəfərə qədər tələbə və müəllim qanvermədə iştirak edib. Toplanan qan Mərkəzi Qan Bankına təhvil verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 856

Oxşar yazılar