İsveçrə mediasında Azərbaycan haqqında məqalə dərc edilib
24 dekabr 2014 19:29 (UTC +04:00)

İsveçrə mediasında Azərbaycan haqqında məqalə dərc edilib

0

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İsveçrə mediasında Azərbaycanda multikultural vəziyyət barədə məqalə işıq üzü görüb. Bu barədə Lent.az-a Şuradan məlumat verilib.

Belə ki Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihə çərçivəsində İsveçrənin Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi tərəfindən hazırlanan “Azərbaycanda multikulturalizm və dünyəviliyin ortaq dəyərləri” sərhlövhəli məqalə İsveçrənin rusdilli “Naşa Qazeta” xəbər saytında yayımlanıb. (http://www.nashagazeta.ch/news/politica/18755) . Məqalədə Mərkəzin beynəlxalq əlaqələr üzrə direktor müavini  Daniel Varner və layihə koordinatoru  Lidia Amberqin 14-17 dekabr tarixlərində Bakıya etdikləri səfər və keçirdikləri görüşlər haqqında təəsuratları əksini tapıb.

Məqalədə Şura haqqında ümumi məlumat verilib və qurumun Azərbaycanda QHT sektorunun inkişafında mühüm rol oynadığı qeyd olunub. Təşkilat nümayəndələri öncə Cənubi Qafqazda ən qabaqcıl təhsil ocaqlarından olan ADA Universitetini ziyarət edərək, tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Daha sonra Şura əməkdaşlarının yardımı ilə  Varner və Amberq Bakıda yerləşən müxtəlif dini qurumları ziyarət edib. Katolik kilsənin keşişi Vladimir Fekita 2002-ci ildə mərhum Roma papası II-ci İoann Pavelin Azərbaycan baş tutan səfəri haqqında məlumat verib. V.Fekitanın sözlərinə görə, bu səfərdən sonra ümummilli lider Heydər Əliyev Katolik kilsənin tikintisi üçün yerin ayrılması barədə sərəncam verib. Vladimir Fekita qeyd edib ki, o, katolik kilsənin keşişi olaraq hər cür qayğı ilə əhatə olunub və müsəlman, yəhudi icmalarındakı həmkarları ilə daima görüşür və gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar