Martin Lindner Bakı Ali Neft məktəbində olub
11 aprel 2013 14:01 (UTC +04:00)

Martin Lindner Bakı Ali Neft məktəbində olub

0

Almaniya  Bundestaqının üzvü, doktor Martin Lindner Bakı Ali Neft Məktəbinin  professor-müəllim və tələbə heyəti qarşısında “Avropanın Enerji Siyasəti və bu siyasətdə Azərbaycanın rolu” mövzusunda məruzə ilə çıxış edib. Bu barədə Lent. az-a  məktəbin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən rektor  Elmar Qasımov  doktor Martin Lindnerə  professor-müəllim və tələbə heyəti adından  öz təşəkkürünü bildirib: “Ölkəmiz  dinamik inkişaf edir və bu gün istər regionun, istərsə də Avropanın önəmli dövlətinə çevrilib. Bu amil  dünyanın aparıcı dövlətlərinin Azərbaycana olan marağını artırıb”.

Tədbirdə çıxış edən qonaq   “Avropanın Enerji Siyasəti və bu siyasətdə Azərbaycanın  rolu”,  ARDNŞ-nin də  əsas iştirakçısı olduğu  BTC, TANAP, TAP  və  Nabucco West  kimi layihələrin əhəmiyyəti  və ölkələrimiz arasındakı  əməkdaşlıq haqqında   ətraflı məlumat verib. Tədbirin sonunda  qonaq  Bakı Ali Neft  Məktəbinin tələbələrinin çoxsaylı suallarını cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 936

Oxşar yazılar