Narazılar TQDK sədrinə müraciət etdi
12 aprel 2013 10:25 (UTC +04:00)

Narazılar TQDK sədrinə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Lerik rayonlarının sakinləri ilə görüşüb, onların müraciətlərini dinləyib.
Görüşə gələnlərin müraciətləri, əsasən, təhsilin səviyyəsi, bu sahədəki problemlər, xüsusilə, cənub bölgəsində qızların orta ixtisas və ali təhsil almaq ücün maraq gostərməmələri və digər məsələlərlə bağlı olub.

Vətəndaşlar eyni zamanda buraxılış və qəbul imtahanlarına dair oz fikir və təkliflərini bildiriblər.
 
TQDK sədri həmçinin bölgədə fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin və rayon təhsil şöbələrinin müdirləri ilə görüşüb, cənub bölgəsində təhsil sahəsində mövcud durumla bağlı müzakirələr aparıb.

# 635

Oxşar yazılar