Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 Dekabr
22 dekabr 2014 20:10 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 Dekabr

0

GÜNÜN ŞƏRHİ

Rusiya ağrılı bir həftəni geridə qoydu. Rubl dəyərini sürətlə itirdi, insanlar banklardan əmanətlərini kütləvi şəkildə çıxarmağa başladı, ölkədə pul qıtlığı yarandı, 15 oliqarx iki gündə 10 milyard dollar ziyana düşdü, rublun kursunu cilovlamaq üçün dövlət satışa milyardlarla dollar çıxardı. İqtisadi böhran təkcə Rusiyanı deyil, müttəfiqlərini də çökdürdü. Ermənistan bu ölkənin forpostu olduğunu bu böhranda da isbatladı, Ermənistanda sürətli bahalaşma və... kütləvi aksiyalar başladı. Rusiyadakı böhranın təsirindən qorunmaq istəyən Belarus dolların satışına 30 faizlik komissiya tətbiq etdi və Moskvadan satdığı bütün malların pulunu dollarla ödəməyi tələb etdi. Bu, ötən həftənin mənzərəsi idi. Bu həftə isə Rusiya üçün pis başlamayıb. Rublun kursu stabilləşir ki, burada Mərkəzin Bankın bazara müdaxiləsinin rolu böyükdür. Dünya bazarında neftin qiyməti artmaqdadır və səudiyyəli neft nazirinin açıqlaması qiymətlərin daha da artacağını göstərir. Rublun dəyərdən düşməsi ölkədə ərzaq məhsullarının ucuzlaşmasına səbəb olub ki, Yeni il ərəfəsində əhalini sevindirə biləcək məqamlardan biri budur. Lakin həm yerli ekspertlər, həm də dövlət rəsmiləri stabilləşmə prosesinin müvəqqəti olduğunu qeyd edirlər. Vladimir Putin acınacaqlı vəziyyətdən çıxmaq üçün ən azı iki il vaxt lazım olduğunu, sabiq maliyyə naziri Aleksey Kudrin isə inflyasiyanın ikirəqəmli ədədlərlə ifadə olunacağını deyir. Rusiya Yeni İlə bədbin proqnozlarla qədəm qoyur, iqtisadi böhranın nə dərəcədə təsirli olacağı isə 2015-ci ilin ilk iş günü məlum olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar