Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Dekabr
23 dekabr 2014 20:36 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Dekabr

0

GÜNÜN ŞƏRHİ

Belarus və Qazaxıstan prezidentlərinin Kiyevə səfəri Rusiya-Ukrayna münasibətlərində normallaşmaya ümidləri artırsa da, Ali Radanın bugünkü qərarı son ümidlərin də üzərindən xətt çəkdi. Ukrayna yolunu müəyyənləşdirdi, ölkə indi və gələcəkdə ərazi bütövlüyünü qorumaq üçün bloklara qoşulacaq. Parlamentin bloklardan imtina statusunu ləğv etməsi Ukraynanın NATO-ya üzvlük ərizəsidir, bu mənada Dmitri Medvedyev haqlıdır. Medvedyev həm də bu addımın neqativ nəticələrə gətirib çıxaracağı ilə bağlı proqnozunda da haqlıdır. Rusiya-Ukrayna münasibətləri hətta Krımın ilhaqı zamanı bu qədər aydınlaşmamışdı, amma artıq tərəflər bir-birini adları ilə çağıra bilərlər. Rusiyanın baş naziri zatən Ukraynanın adı ilə çağırıb - Rusiyanın potensial düşməni olan dövlət. Ukraynanın NATO-ya qəbulu, ölkənin ərazi bütövlüyünü təmin olunmasına NATO-nun cəlb edilməsi... Bu, üçüncü dünya müharibəsinin rəsmən başlaması demək olacaq. Medvedyevin neqativ nəticələr adlandırdığı mənzərə bax, budur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 253

Oxşar yazılar