Pakistanın “Diplomatic Star” jurnalı 31 mart faciəsindən yazdı
31 mart 2014 10:16 (UTC +04:00)

Pakistanın “Diplomatic Star” jurnalı 31 mart faciəsindən yazdı

0

Pakistanın diplomatik çevrələrdə nüfuza malik olan “Diplomatic Star” jurnalında urdu dilində “31 mart Azərbaycanlıların soyqırımı günü ” adlı məqaləsi dərc edilib.

 

Lent.az-ın məlumatına görə, jurnalda Azərbaycan tarixinə nəzər yetirilərək, Gülüstan və Türkmənçay müqavilələrindən məlumatlar verilib, bu sazişlərdən dərhal sonra Rus İmperatorunun fərmanı ilə  Azərbaycanın tarixi torpaqlarına on minlərlə ermənilərin köçürüldüyü bildirilmib.

 

Məqalədə rus imperiyasının süquta uğradığından sonra 1918-ci ildən başlayaraq erməni millətçilərinin rus bolşevikləri ilə birgə Azərbaycanlılara qarşı kütləvi soyqırımı siyasətini tətbiq etdiyi vurğulanıb. Bildirilib ki, nəticədə, Azərbaycanın Bakı, Şamaxı, Quba, Naxçıvan, Lənkəran və digər şəhərlərində 50 mindən çox günahsız insan qəddarcasına öldürülüb, həmin ərazilərdə yüzlərlə kəndlər yer üzündən silinib.

 

“Diplomatic Star”ın məqaləsində, ikinci dünya müharibəsindən sonra SSRİ hökumətinin qərarı ilə Yaxın Şərq və bəzi Avropa ölkələrindən Ermənistana yüz minlərlə ermənilərin köçürüldüyü qeyd olunub. Bildirilib ki, həmin köçkünlərin yerləşdirilməsində çətinliklərin olması bəhanəsi ilə Ermənistan rəhbərliyi, 1947-ci ildə on minlərlə Azərbaycanlının öz dədə-baba torpaqlarından respublikamızın Aran rayonlarına köçürülməsinə nail olmuşlar. 

 

Məqalədə qeyd olunub ki, 80-ci illərin sonunda SSRİ–də başlayan islahatlardan sui-istifadə edən ermənilər sınaqdan keçmiş ssenarilərini yenidən işə salmış, Azərbaycana qarşı torpaq iddiaları qaldırıblar. Oxucuların nəzərinə çatdırılmışdır ki, ardıcıl mənəvi və fiziki təzyiqlər nəticəsində 250 mindən çox Azərbaycanlılar Ermənistandan didərgin salınmış və bununla da ermənilər ölkələrini monoetnik respublikaya çevirmək planına nail olmuşlar. Bununla kifayətlənməyən ermənilər, öz havadarlarının dəstək alaraq, Azərbaycanın Dağlıq Qarabağ ərazisinə qarşı iddialar irəli sürmüş, və ölkəmizə qarşı hərbi əməliyyatlara başlamışlar. Ermənistanın apardığı işğalçı siyasəti nəticəsində Dağlıq Qarbağ və daha 7 rayon daxil olmaqla Azərbaycanın 20 faiz torpaqları işğala məruz qalmış, 30 mindən çox insanın həyatına son qoyulmuş, bir milyon insanın isə qaçqın həyatı yaşamaq məcburiyyətindən qalmışlar.

 

Məqalədə, Dağlığ-Qarabağ konflikti zamanı ermənilər tərəfindən etnik təmizləmə və soyqırımı siyasəti tətbiq olunduğu bildirilib, Xocalıda mülki əhaliyə qarşı edilən barbarlıq, yüzlərlə uşaq, qadın və ahılların xüsusi amansızlıqla qətlə yetirilməsi haqqında  məlumatlar verilib.

 

Jurnalda oda qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 Mart,1998-ci il fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunur.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:

                                                                                                         

http://www.diplomaticstar.net/?p=1174

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 563

Oxşar yazılar