Qaz artacaq
29 mart 2013 11:26 (UTC +04:00)

Qaz artacaq

Kompleks Qazma İşləri Trestinin “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsi “Günəşli” yatağında 2 yeni quyunun qazılmasına başlayıb. Bu barədə Lent. az-a Dövlət Neft Şirkətindən məlumat verilib.
Yataqdakı 10-cu özüldən  qazılan 340 nömrəli quyunun layihə dərinliyi 3000 metrdir. Quyudan sutkada 100 ton neft hasil olunacağı gözlənilir. 14-cü özüldən  qazılan 41 nömrəli quyunun layihə dərinliyi isə 3750 metrdir. Geoloqların hesablamalarına əsasən, həmin quyudan sutkada 15 ton kondensat, 150 000 kubmetr qaz hasil olunacaq. 

Qeyd edək ki, hər iki quyu “28 May” NQÇİ -nin sifarişi ilə qazılır.

# 697
avatar

Oxşar yazılar