Sabah hava necə olacaq?
10 avqust 2019 14:42 (UTC +04:00)

Sabah hava necə olacaq?

0
 
 
Bakıda və Abşeron yarımadasında avqustun 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam bir qədər mülayimləşəcək.
 
ETSN-dən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 20-23° isti, gündüz 25-28° isti, Bakıda gecə 21-23° isti, gündüz  25-27°  isti  təşkil edəcək.
 
Atmosfer  təzyiqi 753 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70%  olacaq.  
 
Güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək. 
 
Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
 
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz  30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz  16-21° isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 917

Oxşar yazılar