Şurada Macarıstana səfər edəcək nümayəndə heyəti ilə görüş keçirilib
28 mart 2014 21:43 (UTC +04:00)

Şurada Macarıstana səfər edəcək nümayəndə heyəti ilə görüş keçirilib

0

Martın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında aprelin 1-4 tarixlərində Macarıstana səfər edəcək Şura əməkdaşları və QHT-lərdən ibarət nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.

 

Lent.az-ın məlumatına görə, toplantıda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev nəzərdə tutulan səfərin Şuranın xarici QHT-lərin layihələrinə dəstək proqramı çərçivəsində maliyyələşdirdiyi Macarıstanın “Subyektiv Dəyərlər” Fondunun təşkilatçılığı ilə həyata keçirildiyini bildirib.

 

Şura sədri səfər çərçivəsində Azərbaycanın və Macarıstanın müasir inkişaf modelllərinə həsr olunmuş seminar, eyni zamanda insan haqları, milli azlıqlar, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlər, Şərq Tərəfdaşlığı proqramı, vətəndaş cəmiyyəti quruculuğu istiqamətlərində ixtisaslaşmış QHT-lərin təcrübə mübadiləsinin keçiriləcəyini qeyd edib.

 

Azay Quliyev Şuranın fəaliyyətində hər zaman Azərbaycan həqiqətlərinin dünyada tanıdılması məsələsinin prioritet təşkil etdiyini və ötən ildən başlayaraq, həyata keçirilən xarici QHT-lərin layihələrinin dəstəklənməsi proqramının bu cəhətdən böyük fürsət olduğunu söyləyib.

 

Nümayəndə heyətinə daxil olan QHT-lərin üzərinə böyük məsuliyyətin düşdüyün bildirən Şura sədri keçiriləcək görüşlərlə bağlı QHT sədrlərinin təkliflərini dinləyib və mövzu ətrafında müzakirələr aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 572

Oxşar yazılar