Təhsil Çin dilində olacaq
05 aprel 2013 18:07 (UTC +04:00)

Təhsil Çin dilində olacaq

0

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının (ÇXR) təhsil nazirlikləri arasında imzalanmış sazişə uyğun olaraq ÇXR azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan edib. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Təqaüd proqramı çərçivəsində respublikamızda daha çox ehtiyac duyulan ixtisaslar üzrə Çinin nüfuzlu universitetlərinə qəbul nəzərdə tutulub.

Təhsil çin dilində olduğuna görə təqaüdə layiq görüləcək tələbələr 1 il dil üzrə  kursu keçəcəklər. Təqaüd proqramı təhsil haqqını, qeydiyyat, laboratoriya, təcrübə, tədris materialları, yataqxana,  yaşayış  və aviabilet  xərclərini əhatə edir.

Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları aprelin 12-ə kimi sənədlərini Təhsil Nazirliyinə təqdim etməlidrilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1234

Oxşar yazılar