Vergi ödəyicilərinin sayı nə qədərdir?
12 aprel 2013 13:33 (UTC +04:00)

Vergi ödəyicilərinin sayı nə qədərdir?

0

2013-cü ilin yanvar-mart aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 milyard 523 milyon 423.3 min manat təşkil edib. Bu barədə Lent. az-a nazirlikdən məlumat verilib. Bu məbləğin 36.1 faizi mənfəət vergisinin, 24.8 faizi əlavə dəyər vergisinin, 12.7 faizi fiziki şəxslərin gəlir vergisinin, 8.3 faizi aksizlərin, 18.1 faizi isə digər vergilərin payına düşür. Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 839 milyon 183.9 min manat vəsait daxil olub.

Yanvar-mart aylarında respublika üzrə 20 min 885 vergi ödəyicisi qeydiyyata alınıb. Aprelin 1-dək qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 500 min 81 olub.

2013-cü ilin birinci rübü ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91.6 faiz təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 712

Oxşar yazılar