Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtlərində dəyişiklik
16 iyul 2013 20:42 (UTC +04:00)

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtlərində dəyişiklik

0

Ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilib.


 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, buna dair cədvəl TQDK-nın internet saytında yerləşdirilib. Abituriyentlər http://tqdk.gov.az/netbak/qabiliyyet3.htmlinki vasitəsilə dəyişiklərlə tanış ola bilərlər.

 

Qeyd edək ki, III  ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 250 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar, dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1013

Oxşar yazılar