Ziya Məmmədov İsmayıllıda vətəndaşları qəbul edib
17 mart 2014 21:39 (UTC +04:00)

Ziya Məmmədov İsmayıllıda vətəndaşları qəbul edib

0
Nəqliyyat naziri Ziya Məmmədov martın 17-də İsmayıllı rayonunda bölgə vətəndaşlarını qəbul edib.

 

APA-nın məlumatına görə nazir Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləyib. Qəbulda vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verilib.

    

Vətəndaşların müraciətləri əsasən rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təmin olunmaq və digər məsələlərlə bağlı olub. Qəbulda vətəndaşları narahat edən bəzi məsələlər elə yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 705

Oxşar yazılar