Xersona bayraq sancan azərbaycanlı Lent.az-a DANIŞDI  - FOTO+VİDEO
23 noyabr 2022 18:28 (UTC +04:00)

Xersona bayraq sancan azərbaycanlı Lent.az-a DANIŞDI - FOTO+VİDEO

“Mən də düşdüm maşından. Tez özümü irəli verib əsgəri qaldırdım çiynimə və o, bayrağı asdı. İnsanlar “Yaşasın ordumuz, yaşasın Ukrayna!” şüarları altında özlərini alqışlayırdılar, çox sevinirdilər. Axı doğma şəhərləri - Xerson işğaldan azad olunub”.

Bu sözləri Lent.az-a Xersonda yaşayan azərbaycanlı Əliyev Bayram deyib. Xatırladaq ki, Xerson Ukrayna ordusu tərəfindən noyabrın 11-i işğaldan azad edilib. 

 Bayram bəy həmin gün şəhərə bayraq asıldığı anları belə xatırlayır:

“Səhər 9-da küçədə maşın siqnalları eşitdim. İnsanlar “Yaşasın Ukrayna!”, - deyə, qışqırırdı. Tez çıxdım çölə ki, görəsən, nə olub? Gördüm ki, Ukrayna Silahlı Qüvvələrinə aid maşın küçə ilə gedir. Maşının arxasında da əlində bayraq olan iki əsgər var idi. Mən də cəld maşınıma əyləşdim və onların arxasınca getdim. Mərkəzi küçə ilə gəlib Kirovo küçəsinə çıxdıq. Sükan arxasındakı əsgər maşından düşüb bayrağı asmağa getdi. Gördüm ki, əsgərin hündür yerə boyu çatmır deyə, bayrağı asa bilmir. Düşdüm mən də maşından. Tez özümü irəli verib əsgəri qaldırdım çiynimə və ancaq elə bayrağı asa bildi. Həmin oğlan mənə təşəkkür etdi. 

Yenə maşına minib küçələrlə irəlilədik. Gördüm ki, insanlar sevindiklərindən ağlayırlar. Təbii ki, sevinc göz yaşları idi. Çünki doqquz aydır Rusiya ordusu tərəfindən mühasirədə, işğal altında qalmışdıq. Rus hərbçiləri evə girirdi, repressiyalar var idi, insanlar təftiş altında yaşayırdı. Ancaq ümidimiz itməmişdi, inanırdıq ki, azad olacaq şəhərimiz. İndi isə pir günlərin geridə qaldığı üçün çox sevinirdik. Nə isə, maşınla təzədən şəhərin içinə qayıtdıq. Bir də gördük ki, artıq Ukrayna hərbçiləri şəhərdədirlər, bayraqlar asılıb və Xersonun azad edilməsini qutlayırlar.  


Bundan başqa, Xersonda Məmişov Hidayət və Şirinov Vüqar adlı həmyerlilərimiz çörək paylayıblar. Onlardan biri Xersonda, digəri isə Nikolayevdə yaşayır və şəxsi biznesləri var. 

Həmin şəxslərin sözlərinə görə, şəhər sakinləri ciddi ərzaq və dərman çatışmazlığı yaşayırlar və buna görə insanlara yardım etməyə can atıblar:

“Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev rayonu üzrə sədr müavini Babayev Adilə müraciət edərək, Xerson sakinləri üçün çörək alınmasını xahiş elədik. Daha sonra Ternovski çörək zavodunun direktoruna köməklik etmək niyyətinə düşdük. Öz hesabıma çörək alıb Xersona apardım. Orada dostum Hidayətlə birlikdə ehtiyacı olanların hamısına payladıq. Dörd gündə 4500 ədəd çörək paylamışıq.

Daha sonra insanlardan dərman çatışmazlığı ilə bağlı çoxlu şikayətlər eşitdik və Hidayət Xersonda insanların ehtiyac duyduğu dərmanların siyahılarını tərtib edib. Bundan sonra isə onları alıb çatdırdım”.

Dostlar deyir ki, bunu minnətdarlıq üçün deyil, insanlıq üçün edirlər:

“Çox üzücü haldır ki, mənasız müharibə davam edir və insanlar ölür, çörək, dərman çatışmır. Bacardığımız qədər kömək edirik. Bu, bizim Allah və insanlar qarşısında borcumuzdur. Hamımız ehtiyacı olanlara kömək əlini uzatmalıyıq. Biz qələbəni səbrsizliklə gözləyirik və hamıya sülh arzulayırıq”. 

O da məlum oldu ki, Vüqar Şirinovun kiçik qardaşı Şirinov Cavid müharibənin ilk günündən könüllü olaraq cəbhəyə gedib və hazırda Ukraynanın bütövlüyünü müdafiə edir. 


 
 

Xersonda bayrağı sancmağa kömək edən azərbaycanlı

Xersonda insanlara pulsuz çörək paylayan azərbaycanlılar

# 2208
avatar

Nigar Namiq

Oxşar yazılar

Baş Dövlət Yol Polisi İdarəsi

Sürücülərə XƏBƏRDARLIQ

4 dekabr 2022 , 11:40
FHN-in xilasetmə əməliyyatı-VİDEO

FHN-in xilasetmə əməliyyatı-VİDEO

4 dekabr 2022 , 11:23
Bu rayonlara qar yağdı-FOTO

Bu rayonlara qar yağdı-FOTO

4 dekabr 2022 , 10:45
Nazirlik Xocalıda:  araşdırmalar BAŞLAYIR - VİDEO  - YENİLƏNİB

Nazirlik Xocalıda: araşdırmalar BAŞLAYIR - VİDEO - YENİLƏNİB

3 dekabr 2022 , 19:18
“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

3 dekabr 2022 , 16:25
Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

3 dekabr 2022 , 15:16
® "Azercell" və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir

®"Azercell" və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir

3 dekabr 2022 , 12:44
Sabahın havası: -10 dərəcə şaxta  olacaq

Sabahın havası: -10 dərəcə şaxta olacaq

3 dekabr 2022 , 12:37