Xəzər geri çəkildi, su altından meşə  çıxdı - FOTO
21 noyabr 2025 11:55 (UTC +04:00)

Xəzər geri çəkildi, su altından meşə çıxdı - FOTO

0

Lənkəran rayonunun Kənarmeşə kəndi ərazisində Xəzər dənizinin geri çəkilməsi nəticəsində illərdir suyun altında qalmış qədim meşə qalıqları üzə çıxıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, dənizin içində qayalıq kimi görünən çıxıntıların əslində nəhəng ağac kökləri olduğu məlum olub. Yerli sakinlərin sözlərinə görə, bu ərazidə bir vaxtlar geniş palıd meşələri mövcud olub və Kənarmeşə kəndinin adı da buradan qaynaqlanır.

Üzə çıxan kök qalıqlarının diametri 3–4 metrə qədər çatır. Mütəxəssislər bu ağacların yüz illər boyunca yaşamış iri palıdlara məxsus olduğunu və uzun müddət Xəzərin duzlu suyunda qalmalarına baxmayaraq tam çürümədiklərini bildirirlər.

Suyun çəkilməsi ilə bir neçə ərazidə qırılmış iri ağac gövdələrinə də rast gəlinib. Faktlar göstərir ki, Xəzər dənizi əsrlər boyu sahilə doğru irəlilədiyi torpaq sahəsindən geri çəkildikcə bir zamanlar mövcud olan meşə zolağının izləri yenidən görünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 144

Oxşar yazılar