Xırdalanda BİABIRÇILIQ:  ağacları maşın yağı ilə qurudurlar -VİDEO
23 iyun 2025 14:13 (UTC +04:00)

Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar -VİDEO

Bakıda parkda ağacın dibinə maşın yağı tökülüb.

Lent.az-a daxil olan şikayətdə bildirilir ki, Xırdalanda yerləşən Heydər Əliyev adına parkda şam ağaclarından birinin dibinə çox miqdarda maşın yaşı boşaldılıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. 

Nazirlikdən bildirildi ki, məsələnin araşdırılması ilə bağlı sözügedən əraziyə araşdırma qrupu göndərilib. Araşdırma yekunlaşdıqdan sonra məlumat veriləcək. 

Qeyd edək ki, meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi, habelə zədələnməsi və ya məhv edilməsi İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən inzibati məsuliyyət yaratmaqla 45 min manatadək cərimə ilə nəticələnə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1056

Oxşar yazılar