“Barselona” hücumu gücləndirəcək - İki namizəd var
14 mart 2026 10:00 (UTC +04:00)

“Barselona” hücumu gücləndirəcək - İki namizəd var

0

“Barselona” yay transfer pəncərəsi ərəfəsində hücumun cinahlarını gücləndirməyi planlaşdırır və yeni hücumçular üçün müxtəlif variantları nəzərdən keçirir.

Lent.az xəbər verir ki, Kataloniya klubu bu mövqe üçün bir neçə namizədi təhlil edir. Halbuki komandanın Markus Raşfordun müqaviləsini “Mançester Yunayted” klubundan tam şəkildə almaq imkanı da var.

Qeyd olunur ki, 28 yaşlı ingilis futbolçunun Kataloniya klubundakı gələcəyi hələ tam müəyyənləşməyib. Daha əvvəl həm futbolçu, həm də “Barselona” rəhbərliyi uzunmüddətli müqavilə bağlamaqda maraqlı olsa da, yekun qərar hələ verilməyib. Komandanı gücləndirə biləcək mümkün variantlardan biri kimi “Çelsi”nin hücumçusu Pedro Netonun da adı çəkilir.

Xatırladaq ki, Markus Raşford “Mançester Yunayted”dən “Barselona”ya 30 iyun 2026-cı ilədək icarə əsasında transfer olunub. Razılaşmada futbolçunun təxminən 30 milyon avroya satın alınması üçün opsiya da nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar