Azyaşlı uşağın valideynləri tapılaraq təhvil verilib.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
***
09:40
Abşeron rayonu, Xırdalan dairəsi ərazisində nitq qüsurlu azyaşlı uşaq aşkar edilib.
DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, uşaq Yol Patrul Xidməti əməkdaşları tərəfindən tapılıb.
Uşağın kimliyini və yaxınlarının yerini bilən şəxslərdən polis orqanlarına məlumat vermələri xahiş olunur.
Uşaq hazırda Abşeron Rayon Polis İdarəsindədir.