Yapon alimləri əbədi gəncliyin açarını tapdılar  - İDDİA
04 aprel 2025 17:01 (UTC +04:00)

Yapon alimləri əbədi gəncliyin açarını tapdılar - İDDİA

Yaponiyanın Osaka Universitetinin alimləri sensasion kəşf edərək bildiriblər ki, əbədi həyatın sirrini anlamağa yaxınlaşıblar.Tədqiqatçılar AP2A1 adlı zülək üzərində cəmləşərək aşkar ediblər ki, bu zülək orqanizmdə qocalma proseslərini başladan əsas rolu oynayır. Mütəxəssislərin sözlərinə görə, əgər AP2A1 züləyi qoca hüceyrələrdən çıxarılarsa, orqanizmdə cavanlaşma prosesləri başlayır.

Bu haqda Lent.az sizə məlumat verir:

Araşdırmanın nəticələrinə əsasən, insan bədənində yaş artdıqca “zombi hüceyrələr” adlandırılan senesent hüceyrələr toplanır. Bu hüceyrələr bölünmək qabiliyyətini itirir, lakin eyni zamanda iltihab yaradan maddələr ifraz edirlər. Alimlər düşünür ki, məhz bu hüceyrələr artrit, demensiya kimi yaşla bağlı xəstəliklərin əsas səbəbidir. Eksperiment zamanı yapon alimləri müəyyən ediblər ki, AP2A1 züləyi həmin senesent hüceyrələrin quruluşunu dəstəkləyir. Onun səviyyəsinin aşağı salınması “zombi hüceyrələrin” yenidən bölünmə qabiliyyətini bərpa etməsinə və toxumaların cavanlaşmasına səbəb olur. Qocalmaya qarşı tam qələbə hələ uzaqdadır, lakin bu kəşf müasir elm üçün böyük əhəmiyyət daşıyır.

Hazırda təcrübələr yalnız laboratoriya şəraitində hüceyrələr üzərində aparılıb. Bu isə o deməkdir ki, alimlər bu metodun canlı orqanizmdə də effektiv olduğunu sübut etməlidirlər. Buna baxmayaraq, qocalma mexanizmini anlamaq artıq bu günün özündə yaşla bağlı dəyişikliklərə qarşı dərmanların yaradılması üçün yeni imkanlar açır. Bəzi mütəxəssislər bu nəticələrə ehtiyatla yanaşırlar. Onlar bildirirlər ki, senesent hüceyrələr orqanizmdə müəyyən müdafiə rolunu oynayır — məsələn, digər hüceyrələrin nəzarətsiz şəkildə çoxalmasının qarşısını alırlar. Bundan başqa, AP2A1 züləyinin canlı orqanizmdəki davranışı barədə məlumat hələ azdır, çünki araşdırmalar yalnız laboratoriya səviyyəsində aparılıb. Skeptik yanaşmalara baxmayaraq, yapon alimlərinin bu kəşfi qocalmaya qarşı mübarizədə yeni bir yol açır. Əbədi gəncliyin sirri hələ tam açılmasa da, bu araşdırma gələcəkdə həyatın uzadılması üçün effektiv metodların əsasını qoya bilər.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2078

Oxşar yazılar

Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

1 may 2025 , 13:10
“CV”dəki yalanlar  – Kimi aldadırsınız?

“CV”dəki yalanlar – Kimi aldadırsınız?

1 may 2025 , 12:48
 Leysan yağacaq   - Sabahın HAVASI

Leysan yağacaq - Sabahın HAVASI

1 may 2025 , 12:44
Şuşa və Xocalıda kütləvi məzarlıqlar  TAPILDI

Şuşa və Xocalıda kütləvi məzarlıqlar TAPILDI

1 may 2025 , 12:21
1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1 may 2025 , 12:03
Kamran Əliyev

Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB

1 may 2025 , 11:15
Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

1 may 2025 , 10:21
May ayında  xoş xəbərlər alacaq   BÜRCLƏR

May ayında xoş xəbərlər alacaq BÜRCLƏR

1 may 2025 , 09:09