Zığ dairəsi-Hava limanı yolunda sürət həddi  endirildi
13 yanvar 2026 19:31 (UTC +04:00)

Zığ dairəsi-Hava limanı yolunda sürət həddi endirildi

0

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a bildirilib ki, bununla bağlı mərkəzin əməkdaşları məlumat-sürət tablolarında dəyişiklik edib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar