10 mühərrikli  uçan avtomobil -VİDEO
09 avqust 2022 02:40 (UTC +04:00)

10 mühərrikli uçan avtomobil -VİDEO

Fransanın Marsel şəhəri yaxınlığında sınaq uçuşları həyata keçirilən daha bir uçan avtomobil görənləri heyrətə gətirib.

Lent.az xəbər verir ki, Franki Zabata adlı ixtiraçı uçan avtomobil ixtira edib. 43 yaşlı ixtiraçı 2019-cu ildə ilk uçuşlarını həyata keçirirməyə imkan verən uçan “Flyboard”u hazırlamışdı. 

“JetRacer” adlı avtomobil 10 kiçik reaktiv mühərriklə hərəkətə gətirilir. 250 km/saat sürət və 40 km uçuş məsafəsi olan avtomobil şaquli qalxa və enə bilir.

Xilasetmə qüvvələri üçün nəzərdə tutulan avtomobil gündəlik istifadə üçün yararsızdır.

# 2946
avatar

Oxşar yazılar