160 dollardan aşağı olan 3 ən yaxşı smartfon
16 aprel 2024 16:26 (UTC +04:00)

160 dollardan aşağı olan 3 ən yaxşı smartfon

Müasir cihazlar arasında aşağı qiymətə kifayət qədər yaxşı aparat və proqram təminatına malik olan smartfonlar var. 

Lent.az xarici mediaya istinadən bu dəfə qiyməti 160 dollardan aşağı qiymətə ala biləcəyiniz 3 ən yaxşı telefonu təqdim edir: 

“Tecno Pova 5”

Tecno Pova 5, 120Hz tezliyi və Full HD+ həlli ilə böyük 6,78 düymlük IPS ekrana malikdir. MediaTek Helio G99 çipi cihazın işinə cavabdehdir. Smartfon həmçinin 8 GB RAM və 256 GB daxili yaddaş və 45 Vt sürətli enerji doldurma dəstəyi ilə 6000 mAh batareyaya malikdir. Bildirilir ki, bu xüsusiyyətlər sözügedən qiymət üçün çox yaxşı seçimdir. 

“Redmi Note 13” 

120 Hz tezlikli 6,67 düymlük AMOLED ekran, Full HD+ həlli və 1200 nit parlaqlığı olan “Redmi Note 13” 4G, ən güclü çipi olmasa da, qiymətinə görə yaxşı cihazdır - Snapdragon 685 Smartfon həmçinin 33 Vt doldurma ilə 5000 mAh akkumulyatora, həmçinin məişət texnikasını idarə etmək üçün qulaqlıq yuvasına və IR blasterə malikdir.

“Infinix Note 30”

“Infinix Note 30” bu gün büdcəyə uğun olan ən populyar smartfonlarından biridir . Smartfon 8 GB əməli yaddaş və 256 GB daxili yaddaş, 8 nüvəli MediaTek Helio G99 çipi, Full HD+ təsvir ölçülü 120 Hz tezlikli 6,8 düymlük IPS ekran və 45 Vt sürətli enerji doldurma ilə 5000 mAh batareya əldə edib. Bundan əlavə, smartfon JBL stereo dinamiklərinə sahibdir. Təsadüfi deyil ki, o, 2023-cü ilin ən yaxşı smartfonlarından biri hesab olunur .

# 4278
avatar

Sevinc Fərid

Oxşar yazılar