2025-ci ilin ən yaxşı Android telefonları bunlar oldu – SİYAHI
06 yanvar 2026 06:09 (UTC +04:00)

2025-ci ilin ən yaxşı Android telefonları bunlar oldu – SİYAHI

0

AnTuTu, 1-31 dekabr tarixləri arasında toplanmış məlumatlara əsasən ən güclü Android telefonlarının siyahısını açıqlayıb.

Lent.az xəbər verir ki, hesabatda flaqman və orta səviyyəli modellər arasında artan performans fərqi göstərilib.

Dekabr ayının çempionu Snapdragon 8 Gen 5 prosessoru ilə təchiz edilmiş “Zte Nubira Red Magic 11 Pro+” olub.

24 GB RAM və 1 TB yaddaşla cihaz 4 milyondan çox xal toplayaraq rəqiblərini geridə qoyub.

“iQOO 15” ikinci, “OnePlus 15” isə üçüncü yeri tutub.

İlk beşlikdə olan digər modellər müvafiq olaraq “Realme GT8 Pro” və “Honor WIN” olub.

“Snapdragon”un zirvədə dominantlığına baxmayaraq, “MediaTek Dimensity 9500” platformasından istifadə edən “Vivo X300 Pro” siyahıya altıncı yerdə daxil qərarlaşıb.

Bu modeldən sonra “OPPO Find X9 Pro” və “Honor Magic” seriyası ilk onluğu tamamlayıb.

2025-ci ilin ən yaxşı ANDROID telefonlarının siyahısı belədir:

“Red Magic 11 Pro+”

“iQOO 15”

“OnePlus 15”

“Realme GT8 Pro”

“Honor WIN”

“Vivo X300 Pro”

“OPPO Find X9 Pro”

“Honor Magic 8 Pro”

“Honor Magic 8”

“Nubia Z80 Ultra”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 738

Oxşar yazılar