Sinqapurun Nanyang Texnologiya Universitetinin alimləri təbii fəlakət zonalarında axtarış-xilasetmə əməliyyatları və gələcəkdə kosmik tədqiqatlarda istifadə olunması üçün uzaqdan idarə edilən tarakanlar hazırlayıblar.
Lent.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Tədqiqatçılar Madaqaskar tarakanlarına 3D printerdə hazırlanmış xüsusi qoruyucu qurğu və idarəetmə sistemi quraşdırıblar.
Bu sistem sayəsində tarakanlar su altında təxminən 3 saat hərəkət edə bilir və bu, onların təbii fəaliyyətinə mane olmur.
Alimlərin fikrincə, bu "kibertarakanlar" ənənəvi robotlardan daha ucuz və enerjiyə qənaətlidir.
Gələcəkdə onların dağıntılar altında qalan insanların axtarılması, həmçinin Mars kimi çətin mühitlərin araşdırılmasında istifadə edilməsi planlaşdırılır.