“Android” smartfonlarına  casus proqramının yükləndiyini necə bilmək olar? 
01 iyun 2023 13:24 (UTC +04:00)

“Android” smartfonlarına casus proqramının yükləndiyini necə bilmək olar? 

Android sistemli smartfon, planşet və ya noutbuklarda casus proqramları quraşdırılma ehtimalı var. 

Lent.az xəbər verir ki, bunu başa düşməyin bir neçə yolu var. 

Mütəxəssislərin sözlərinə görə, cihazlar kəskin şəkildə pis işləməyə başlayırsa, bu casus proqramlarından xəbər verə bilər. 

Bundan əlavə, smartfonlarda yaddaş həcmi sürətli şəkildə azalırsa, bu da cihazda quraşdırılmış casus şəbəkələri bildirən faktlardan biridir. 

Cihazı zərərli proqramlarla yoluxdurmamaq üçün mütəxəssislər onları təsdiqlənməmiş resurslardan və qəribə üçüncü tərəf proqram mağazalarından yükləməməyi tövsiyə edir.

Əgər siz hələ də başqa mənbələrdən (mağazalar, veb-saytlar) proqramlar yükləyirsinizsə, əvvəlcə bunun casus klonu olmadığına əmin olmalısınız. Bir çox proqram mağazasında ən çox real proqram tərtibatçısı göstərilir. 

Bəzən hətta rəsmi mağazalarda da potensial təhlükəli proqramları yükləmək mümkündür. 

Məsələn, “Google Play”də daha bir təhlükəli proqram aşkar edilib. Onlar müəyyən ediblər ki, “iRecorder - Screen Recorder” tətbiqi 2022-ci ilin avqust ayından istifadəçilərə casusluq edir, onların səslərini yazır və hücumçulara məlumat göndərir.

Buna görə telefonunuza proqramlar yükləyən zaman olduqca diqqətli olmalısınız. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2478
avatar

Sevinc Fərid

Oxşar yazılar