“Apple” iOS 27-ni təqdim etdi: Süni intellekt, daha ağıllı Siri və daha uzun batareya ömrü
08 iyun 2026 23:31 (UTC +04:00)

“Apple” iOS 27-ni təqdim etdi: Süni intellekt, daha ağıllı Siri və daha uzun batareya ömrü

0

“Apple” “WWDC 2026” tədbirində yeni iOS 27 əməliyyat sistemini təqdim edib.

Lent.az xəbər verir ki, yeniləmənin əsas yenilikləri süni intellekt imkanlarının genişləndirilməsi, Sirinin tamamilə yenilənməsi və batareya ömrünün artırılmasıdır.

Yeni Siri artıq “ChatGPT” və “Gemini”yə bənzər söhbət əsaslı interfeysə malikdir. O, mürəkkəb tapşırıqları yerinə yetirə, ekrandakı məzmunu anlaya və istifadəçinin vərdişlərinə uyğun fərdi tövsiyələr verə bilir.

Foto və kamera tətbiqlərinə də süni intellekt əsaslı redaktə və optimallaşdırma funksiyaları əlavə olunub.

“Apple” həmçinin sistemin daxili kodlarını optimallaşdıraraq enerji sərfiyyatını azaltmağa çalışıb. Şirkətin məqsədi “iPhone”ların daha stabil işləməsi və bir şarjla daha uzun müddət istifadə olunmasıdır. Mühəndislərin hesablamalarına görə, bəzi modellərdə ekran işləmə müddəti 1–2 saat arta bilər.

Yeniləmə ilə “Safari”, “Wallet”, “Photos” və digər standart tətbiqlər də yeni süni intellekt funksiyaları əldə edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar