Avropanın  ən yaxşı avtomobili   seçildi
27 fevral 2024 17:15 (UTC +04:00)

Avropanın ən yaxşı avtomobili seçildi

Cenevrə avtosalonunda Avropada “İlin avtomobili” müsabiqəsinin nəticələrinə yekun vurulub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, buzlu şüşə damlı “Renault Scenic” Avropada "İlin avtomobili" seçilib. 

Bu avtomobil  “E-Tech” münsiflər heyətinin səsverməsində 329 xal toplayıb, 58 münsifdən 22-si onu yeddi finalçı arasında ən yaxşısı adlandırıb.

İkinci yeri 309 xalla yeni nəsil “BMW 5 Series” tutub. Bu avtomobilə 19 jüri üzvü maksimum xal verib. Üçüncü yerdə yeni “Peugeot 3008” (197 xal) qərarlaşıb. “Kia EV9”, “Volvo EX302, Çinin “BYD Seal”“Toyota C-HR” avtomobilləri də 2024-cü ilin avtomobili müsabiqəsinin finalına yüksəlib.

Yeddi finalçıdan dördü tamamilə elektrik avtomobilidir. Müsabiqənin münsiflər heyətinə 22 ölkədən 58 avtomobil jurnalisti və eksperti daxil olub.


 

# 5253
avatar

Sevinc Fərid

Oxşar yazılar