DİN: "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb-YENİLƏNİB
01 noyabr 2026 12:43 (UTC +04:00)

DİN: "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb-YENİLƏNİB

0

Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group”un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq gedir.

***

saat 12.26

Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group”un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumatda bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, həmin obyektdə mühafizəçi vəzifəsində çalışan Heydər Sərdarov “APA Group”un əməkdaşına müxtəlif dərəcəli xəsarətlər yetirib, onun peşə fəaliyyətini həyata keçirməsinə mane olub.

Polis tərəfindən müvafiq tədbirlər görülüb, hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Qeyd edək ki, ötən gecə "APA Group"un əməkdaşı Sənan Bəhrəmli Nizami rayonu, Davud Aslan küçəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş vermiş yanğının işıqlandırılması üçün hadisə yerinə ezam olunub. Hadisə yerində özünü ərazinin mühafizəçisi kimi təqdim edən Heydər Sərdarov əməkdaşımıza xəsarət yetirib və şirkətin texniki avadanlığına zərər vurub.

"APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 520

Oxşar yazılar