Ayda bu dəfə atom elektrik stansiyası yaradılacaq – UNİKAL FUNKSİYALAR
23 noyabr 2021 18:39 (UTC +04:00)

Ayda bu dəfə atom elektrik stansiyası yaradılacaq – UNİKAL FUNKSİYALAR

NASA ABŞ-ın Energetika Nazirliyinin “Aydaho Milli” laboratoriyası ilə birlikdə Ayda Atom Elektrik Stansiyasının (AES) inşası ideyasını açıqlayıb

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, AES-in Yerin peykində yaradılmasında məqsəd Ayda mövcud olacaq bazanın daimi enerji ilə təmin olunmasına şərait yaradmaqdır.

Sözügedən AES-in əvvəlcə Yerdə inşa edilməsi, sonra isə Aya çatdırılması planlaşdırılır. Stansiyasının energetik sisteminə uran vasitəsilə çalışan reaktor nüvəsi, istiliyi enerjiyə çevirən sistem, reaktorun qızmasının qarşısını almaq üçün idarə olunan istilik rejimi sistemi və enerjinin paylanması sistemi daxil olacaq.

AES-in gücü 40 kilovatdan az, istifadə müddət isə 10 ildən aşağı olmamalıdır. Stansiya bir sıra unikallığı ilə fərqlənəcək. Məsələn, insanların iştirakları olmadan uzaqdan aktiv  və deaktiv edilə biləcək. 

Reaktorun Yerdən Aya göndərilməsi üçün o, diametri 4 metr, uzunluğu isə 6 metr olan xüsusi silindrin daxilinə yerləşdirilməlidir. Reaktorun çəkisi 6 tondan çox olmamalıdır. Elan edilmiş bu proqram çərçivəsində ideyalar gələn il fevralın 19-na kimi qbul ediləcək. 

Stansiyasının inşası isə 2030-cu ilə kimi yekunlaşdırılacağı bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3055

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48