Milyonlarla insanın şəxsi məlumatları  oğurlandı
16 noyabr 2026 07:10 (UTC +04:00)

Milyonlarla insanın şəxsi məlumatları oğurlandı

0

 

Fransanın milli poçt operatoru “La Poste” şirkətinin rəqəmsal xidmətlərindən biri olan “Maileva”ya qarşı kiberhücum nəticəsində 22 milyon nəfərin şəxsi məlumatları oğurlanıb.

Lent.az xəbər verir ki, şirkətlər üçün sənəd dövriyyəsi və onlayn poçt göndərilməsi xidmətləri göstərən platformaya hücum sentyabrın ortalarında baş verib.

“La Poste”dən bildirilib ki, hadisə barədə Fransa Şəxsi Məlumatların Qorunması üzrə qurumuna məlumat verilib və araşdırma başladılıb.

Qeyd edək ki, Fransanın “Credit Mutuel Arkea” bankı da ayın əvvəlində kiberhücuma məruz qalıb və 133 milyon dollardan çox dəyərində kriptovalyuta oğurlanıb. Bundan başqa, oktyabrda ölkədə yüzlərlə supermarketin soyutma sistemlərinə edilən hücumlar ərzaq məhsullarının xarab olmasına və maddi ziyana səbəb olub. Fransa Xarici İşlər Nazirliyi həmin hücumlara görə İran İslam İnqilabı Keşikçiləri Korpusunu məsul tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 136

Oxşar yazılar