Fransada Rusiya imperatoru I Nikolayın qızı, knyaginya Olqa Nikolayevnaya məxsus qədim qab dəsti hərracda 321 min avroya (603 223 manat) satılıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, satış Fransanın Nöyi-sür-Sen şəhərində yerləşən “Aguttes” hərrac evində baş tutub.
Hərracın rəsmi məlumatına görə, dəstin ilkin qiyməti 40-80 min avro arasında qiymətləndirilsə də, yekun satış məbləği gözləntiləri xeyli üstələyib.
1840-cı ildə Sankt-Peterburqda hazırlanmış dəst səkkiz əşyadan ibarətdir. Qızıl suyuna çəkilmiş 875 əyarlı gümüşdən hazırlanan əşyaların ümumi çəkisi təxminən 20 kiloqramdır.