“Apple”dan 99 ölkədəki istifadəçilərinə casus proqramı XƏBƏRDARLIĞI
16 noyabr 2026 02:28 (UTC +04:00)

“Apple”dan 99 ölkədəki istifadəçilərinə casus proqramı XƏBƏRDARLIĞI

0

 

“Apple” şirkəti oktyabrın 29-da dünyanın 99 ölkəsindəki bəzi istifadəçilərinə casus proqram hücumları ilə bağlı xəbərdarlıq göndərib.

Lent.az xəbər verir ki, şirkət kommersiya məqsədli casus proqram hücumları ilə əlaqəli şübhəli fəaliyyətlər aşkar etdiyini bildirib. Xəbərdarlıqları alanlar arasında siyasətçilərin də olduğu qeyd edilir.

Tailandın Rəqəmsal İqtisadiyyat və Cəmiyyət naziri Çayçanok Çidçob bildirib ki, xəbərdarlıq cihazın artıq ələ keçirildiyi anlamına gəlmir.

Həmçinin, hücumların İsrailin “NSO Group” şirkətinin hazırladığı “Pegasus” casus proqramı ilə əlaqəli olduğunu təsdiqləyən sübut yoxdur.

“Apple” təhlükə bildirişi alan istifadəçilərə cihazlarında “Lockdown Mode” (Kilid rejimi) funksiyasını aktivləşdirməyi və kibertəhlükəsizlik mütəxəssislərinə müraciət etməyi tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 146

Oxşar yazılar