Bu eynəyi olanlara televizor lazım deyil - QİYMƏTİ
07 mart 2023 14:46 (UTC +04:00)

Bu eynəyi olanlara televizor lazım deyil - QİYMƏTİ

Honor şirkəti Çində Movie Glasses adlı eynəyini təqdim edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən eynək xarici görünüşcə adi eynəyə bənzəsə də, o, istifadəçinin öz gözləri qarşısında böyük ölçülü televizoru görməyə imkan verir. Beləliklə Honor Movie Glasses eynəyi hər biri 1920x1080 piksel keyfiyyətində olan 2 ədəd micro-OLED ekran ilə təchiz olunub. Ekranların maksimal parlaqlıq səviyyələri 500 nit təşkil edir. Bununla yanaşı onlar 60 Hz-lik təsvir yenilənməsinə sahibdirlər. Honor Movie Glasses-dən istifadə edən şəxs öz gözləri qarşısında 201 düym-lük ekrana sahib televizorun ekvivalentini görür. Qeyd etmək lazımdır ki, sözügedən eynək yalnız USB Type-C naqili vasitəsilə hər hansısa cihaza qoşulu olduğu halda çalışa bilir.

Buna misal olaraq smartfonları, planşetləri və kompüterləri gətirmək olar. Faktiki olaraq Honor Movie Glasses qoşulu olduğu köməkçi cihazda əks olunan kontentin birbaşa eynəyin ekranlarına ötürülməsini təmin edir. Honor Movie Glasses həmçinin TÜV Rheinland sertifikatına sahibdir. Bu isə o deməkdir ki, o, istifadəçi gözləri üçün təhlükəsizdir. Eynəyin  kənar hissələrində səsgücləndiricilər yerləşdirilib. Həmin səsgücləndiricilər 360 dərəcəlik səslənmə effektini təmin edirlər. Onu da qeyd etmək lazımdır ki, Movie Glasses-i hətta telefon danşıqları zamanı da istifadə etmək olar. Bunun üçün eynək mikrofonlar ilə təchiz olunub. Hal hazırda Honor Movie Glasses yalnız Çin bazarında satışa çıxıb və 360$-a satılır. Onun qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3897

Oxşar yazılar

Robot insanlara belə hücum etdi - VİDEO

Robot insanlara belə hücum etdi - VİDEO

2 may 2025 , 21:34
Hər kəsin cibinə görə  deyil: Yeni “iPhone”un qiyməti  məlum oldu

Hər kəsin cibinə görə deyil: Yeni “iPhone”un qiyməti məlum oldu

2 may 2025 , 19:20
YouTube  videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR

YouTube videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR

2 may 2025 , 13:03
"Wi-Fi" sürətini  necə yaxşılaşdırmaq olar? - Altı asan yol

"Wi-Fi" sürətini necə yaxşılaşdırmaq olar? - Altı asan yol

2 may 2025 , 12:00
Bu markanın milyonlarla telefonu  fəaliyyətini dayandıracaq - XƏBƏRDARLIQ

Bu markanın milyonlarla telefonu fəaliyyətini dayandıracaq - XƏBƏRDARLIQ

2 may 2025 , 10:50
"WhatsApp"da ilk yaşandı

"WhatsApp"da ilk yaşandı

2 may 2025 , 07:54
"Skype" tarixə qovuşur

"Skype" tarixə qovuşur

1 may 2025 , 23:59
Ən böyük smartfon istehsalçısı  AÇIQLANDI

Ən böyük smartfon istehsalçısı AÇIQLANDI

1 may 2025 , 15:08