DİQQƏT : Meta işçiləri ağıllı eynək istifadəçilərinin  şəxsi şəkillərini izləyir
07 mart 2026 03:06 (UTC +04:00)

DİQQƏT: Meta işçiləri ağıllı eynək istifadəçilərinin şəxsi şəkillərini izləyir

0

Metanın süni intellektlə işləyən ağıllı eynəklərindən istifadə edən insanların ən intim şəkillərinin və həssas maliyyə məlumatlarının moderatorlar tərəfindən izlənildiyi məlum olub.

Lent.az xəbər verir ki, İsveçin “Svenska Dagbladet” qəzetinin verdiyi məlumata görə, Avropadakı Meta ağıllı eynək istifadəçiləri bilmədən böyük bir məxfilik pozuntusu ilə üzləşirlər.

Keniyada süni intellekt etiketləmə işçiləri tərəfindən tualetdə, çılpaq və ya cinsi əlaqə zamanı istifadəçilərin şəkilləri, eləcə də kredit kartı nömrələri nəzərdən keçirilir.

Şirkətin siyasəti həssas məlumatların paylaşılmaması məsuliyyətini tamamilə istifadəçinin üzərinə qoysa da, məlumatların insanlar və ya avtomatlaşdırılmış sistemlər tərəfindən nəzərdən keçirilə biləcəyini iddia edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar