“Oukitel IFA” 2026 sərgisində açıq hava üçün nəzərdə tutulan yeni “WP63” smartfonunu təqdim edib.
Lent.az xəbər verir ki, cihazın əsas özəlliyi korpusuna inteqrasiya edilmiş elektrikli alışqandır.
Telefonda həmçinin düşərgə lampası və güclü dinamik sistemi yerləşdirilib.
“WP63” 20000 mAh tutumlu böyük batareyaya malikdir və 18 Vt tərs şarj funksiyası ilə digər cihazları da enerji ilə təmin edə bilir.
Batareya 33 Vt sürətli şarjı dəstəkləyir.