Ən etibarsız 3 CİP
30 dekabr 2025 17:24 (UTC +04:00)

Ən etibarsız 3 CİP

0

Britaniyanın “Whatcar” jurnalının avtomobil ekspertləri 2025-ci ilin yekunlarına əsasən, ən etibarsız yürüşlü üç krossoverin (cip) adını açıqlayıblar.

Lent.az xəbər verir ki, birinci yerdə 2019-cu il buraxılışlı, benzin mühərrikli “Nissan Juke” qərarlaşıb. Bu yapon avtomobilinin etibarlılığı 55,2% səviyyəsində qiymətləndirilib. Avtomobilin əsas zəif nöqtələri kimi 12 voltluq akkumulyator, mühərrik və yanacaq sistemi göstərilir.

İkinci yeri 64,2% etibarlılıq göstəricisi ilə 2024-cü ildən istehsal olunan “Volkswagen Tiguan” tutub. Bu modeldə daha çox audio sistemi və əyləc sistemi nasazlıqları qeydə alınıb.

Üçüncü yerdə isə əvvəlki nəsil “Kia Sportage” qərarlaşıb. Onun etibarlılıq göstəricisi 72,9% təşkil edir. Sahiblərin əsas şikayətləri benzinli və dizel mühərriklərin etibarlılığı ilə bağlı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar