İctimai Wi-Fi niyə təhlükəlidir  - brauzerinizin tarixçəsini oxuya bilərmi?
23 yanvar 2026 19:59 (UTC +04:00)

İctimai Wi-Fi niyə təhlükəlidir - brauzerinizin tarixçəsini oxuya bilərmi?

0

İctimai Wi-Fi artıq kafe, restoran, hava limanı və ticarət mərkəzlərində adi bir seçimə çevrilib. Pulsuz internet rahatdır, amma eyni zamanda istifadəçilər üçün gizli risklər də yarada bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, ictimai şəbəkələrin sahibləri və ya internet provayderləri texniki baxımdan şifrələnməmiş trafiki qeydə almaq imkanına malikdir. Bu o deməkdir ki, onlar istifadəçinin hansı saytlara daxil olduğunu və hansı servislərə qoşulduğunu görə bilərlər. Lakin şifrələmə (məsələn, HTTPS) olduqda səhifələrin məzmunu onlara əlçatan olmur. Məhz buna görə ekspertlər şirkətlərin və müəssisələrin Wi-Fi şəbəkələrində şəxsi və məxfi məlumatlara baxmağı tövsiyə etmirlər.

İctimai giriş nöqtələrinin təhlükəsizlik səviyyəsi məkandan asılı olaraq ciddi şəkildə fərqlənir. Məsələn, hava limanlarında bəzən əlavə trafik monitorinqi tətbiq olunur, amma istifadəçi sayı çox olduğu üçün bu cür şəbəkələr daha həssas ola bilər. Kiçik kafelərdə isə Wi-Fi çox vaxt heç bir nəzarət olmadan işləyir, lakin bu, onun təhlükəsiz olduğu anlamına gəlmir.

Açıq şəbəkələrin əsas problemi etibarlı şifrələmənin və parolun olmamasıdır. Bu səbəbdən onlar “vasitəçi hücumu” adlanan riskə açıq olur yəni kiberhücum edənlər istifadəçinin məlumatlarını ələ keçirə bilirlər. Belə hallarda loginlər, şifrələr, ödəniş məlumatları və ziyarət edilən saytların tarixçəsi təhlükə altına düşə bilər. Bundan əlavə, başqalarının məlumatlarına çıxış əldə etmək üçün saxta Wi-Fi nöqtələri də yaradıla bilər.

Riskləri azaltmaq üçün mütəxəssislər ictimai şəbəkələrdə məxfi məlumatlara daxil olmamağı, cihazlarda fayl paylaşımını söndürməyi və yalnız HTTPS ilə qorunan saytlardan istifadə etməyi məsləhət görür. Ən effektiv qorunma yolu isə VPN-dən istifadə etməkdir: VPN internet trafikinizi şifrələyir və açıq şəbəkələrdə belə məlumatların ələ keçirilməsini xeyli çətinləşdirir.

Xatırladaq ki, Wi-Fi siqnalının keyfiyyəti təkcə internet sürətindən və ya routerin gücündən asılı deyil. Çox vaxt əhatə problemi, buferlənmə və “ölü zonalar” Wi-Fi antenalarının yanlış istiqamətləndirilməsi səbəbindən yaranır. Daha əvvəl yaxşı siqnal üçün onların hara yönəldilməli olduğunu izah etmişdik.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar