Instagram-a süni zəka əsaslı çat-bot inteqrasiya ediləcək
07 iyun 2023 14:45 (UTC +04:00)

Instagram-a süni zəka əsaslı çat-bot inteqrasiya ediləcək

 Son aylarda generativ süni zəka sistemləri və onların əsasında hazırlanmış çat-botlar istifadəçilər arasında çox məşhur olublar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, buna görə də heç təəccüblü deyil ki, böyük İT şirkətlər bu cür sistemləri öz məhsullarına inteqrasiya etməkdə həvəslidirlər. İnsayderlərin verdikləri məlumata əsasən yaxın zamanda süni zəka əsaslı çat-bot həmçinin Instagram-da da istifadəyə verilə bilər. Onların sözlərinə əsasən çat-bot artıq yaxın zamanda təqdim edilə bilər. Təqdim edilmiş screenshot fotoya əsasən çat-bot istifadəçinin suallarına cavab və onlara məsləhət verə biləcək. Bununla yanaşı insayderlər bildiriblər ki, çat-bot personallaşdırılmış ayarları əldə edəcək.

Onların sayəsində istifadəçi çat-botu üsntünlük verdiyi faktorlara əsasən ayarlaya biləcək. Mətn formatında mesajların fərdi şəkildə tərtib edilməsində çətinlik çəkən istifadəçilər üçün Instagram daxilində süni zəka əsaslı çat-botun istifadəyə verilməsi çox faydalı ola bilər. Həmçinin güman edilir ki, çat-bot çatlarda digər istifadəçilər ilə ünsiyyət zamanı da istifadə edilə bilər. Süni zəka əsaslı çat-botun Instagram daxilində nə zaman istifadəyə veriləcəyi barəsində dəqiq bir məlumat yoxdur. Hələ bu ilin fevral ayında Meta-nın CEO-su Mark Zuckerberg bildirmişdi ki, şirkət Instagram, Messenger və Whatsapp üçün süni zəka alqoritmləri üzərində çalışır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2292
avatar

Oxşar yazılar