"iPhone 15"də bu funksiya uğursuz odu
24 fevral 2024 00:07 (UTC +04:00)

"iPhone 15"də bu funksiya uğursuz odu

"Bluetooth" "iPhone 15"də uğursuz olmağa başladı.

Lent.az xəbər verir ki, bəzi "iPhone 15"istifadəçiləri "Bluetooth" problemlərindən şikayətlənirlər.

İstifadəçilərin fikrincə, "iPhone 15" "Bluetooth" vasitəsilə qoşulduqda digər cihazlarla əlaqəni itirir. Problemlər, digər şeylər arasında, avtomobillərə, ağıllı saatlara, qulaqlıqlara və digər avadanlıqlara qoşulduqda başlayır.

“iOS 17-ə yeniləndikdən sonra zənglər edərkən tez-tez avtomobilimlə Bluetooth bağlantısını itirirəm. Dinamikdə zəng edəndə bir neçə saniyədən sonra Bluetooth sönür və mən iPhone-da dinamikə əl ilə keçməliyəm”, - sahiblərdən biri bildirib.

Başqa bir istifadəçi əlavə etdi ki, "AirPods Max" və "Beats Studio Buds"a qoşulduqda problemlər yaranır.

 

# 3465
avatar

Oxşar yazılar