“iPhone” niyə Çində istehsal olunur? – Əsl səbəb bu imiş
09 sentyabr 2024 21:54 (UTC +04:00)

“iPhone” niyə Çində istehsal olunur? – Əsl səbəb bu imiş

“Apple” şirkətinin baş direktoru Tim Kuk “iPhone” telefonlarının Çində niyə istehsal olunduğuna aydınlıq gətirib.

Lent.az xəbər verir ki, “Apple”ın CEO-su Tim Kuk, illərdir maraq doğuran “iPhone” istehsal prosesinin mərkəzi olan Çin haqqında mühüm açıqlamalar verib.

O bildirib ki, şirkətin istehsal etdiyi məhsullar qabaqcıl ehtiyat hissələri və materiallar tələb edir. Bir çox insanın düşündüyü kimi aşağı işçilik xərcləri şirkətin istehsalının Çinə köçürülməsinin əsas səbəbi deyil.

Kuk bu vəziyyətin əsas səbəbini Çinin unikal istehsal imkanları ilə izah edir. Xüsusilə, istehsal prosesində kritik əhəmiyyət kəsb edən komanda işi bacarıqları və qabaqcıl istehsal infrastrukturu Çini bu baxımdan rəqibsiz edir.

“Populyar anlayış budur ki, şirkətlər Çinə aşağı əmək xərclərinə görə gəlirlər. Belə ki, Çin illər əvvəl aşağı əmək haqqı ölkəsi olmaqdan çıxıb”.

Qeyd edək ki, Tesla və “SpaceX”-in baş direktoru İlon Mask da Kukun Çinin ixtisaslı işçi qüvvəsi ilə bağlı fikirləri ilə razılaşdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2736
avatar

Oxşar yazılar